Modern.az

"Qarabağ" daha bir qapıçı transfer edir

"Qarabağ" daha bir qapıçı transfer edir

İdman

Bu gün, 13:18

“Qarabağ" "İmişli"nin qapıçısı Andrey Sinenko ilə maraqlanır.

Modern.az xəbər verir ki, futbolçunun agenti Dmitri Xlebosolov bu məlumatı təsdiqləyib. O, bel.football saytına açıqlamasında bildirib ki, Sinenkonun Ağdam təmsilçisinə keçidi ilə bağlı danışıqlar aparmaq üçün tanınmış agentlərdən birinə səlahiyyət verib:

“Statistik göstəricilərinə görə, Andrey hazırda Azərbaycanın ən yaxşı qapıçılarından biridir. Mövsümün sonunda onun karyerasında yüksəliş etməsi üçün bütün variantları dəyərləndirəcəyik”.

Qeyd edək ki, 28 yaşlı qapıçı cari mövsüm Misli Premyer Liqasında 25 oyun keçirib. O, bu oyunların 10-da qapısını toxunulmaz saxlanılmaz saxlamağı bacarıb. (Offsideplus.az)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV