Modern.az

İran idmançılarına bu ölkələrə səfər etməyi qadağan etdi

İran idmançılarına bu ölkələrə səfər etməyi qadağan etdi

İdman

Bu gün, 08:11

İran hökuməti milli idman komandaları da daxil olmaqla müxtəlif idman klublarının dost hesab edilməyən ölkələrdə keçirilən tədbirlərində iştirak etməyəcəyi haqda qərar qəbul edib.

Modern.az xəbər verir ki, bu barədə İranın İdman və Gənclər Nazirliyi məlumat yayıb.

"Milli komandalar, həmçinin, klubların komandaları dost olmayan ölkələrdə, eləcə də İran idmançılarının təhlükəsizliyini təmin edə bilməyən ölkələrdə keçirilən idman tədbirlərində iştirak etməyəcəklər", - məlumatda deyilir.

Nazirlik hansı ölkələrin dost hesab edilmədiyi barədə ətraflı məlumat verməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV