21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Modern.az-ın məlumatına görə, Rəşad Eyyubovun baş məşqçisi olduğu kollektiv Bakıda Portuqaliya komandasını qəbul edib.
"Palms Sports Arena"dakı qarşılaşma qonaqların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, Azərbaycanın U-21 millisi B qrupunda altı komanda arasında 5 xalla beşinci pillədə qərarlaşıb. Portuqaliya 16 xalla liderdir.