İngiltərənin "Tottenhem" klubu baş məşqçisi İqor Tudorla yollarını ayırıb.
Modern.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Xorvatiyalı çalışdırıcının Premyer Liqa klubunda işi 6 həftə çəkib.
Qeyd edək ki, "Tottenhem" Premyer Liqanın turnir cədvəlində 31 oyundan sonra 30 xalla 17-ci yerdədir.