Türkiyə Super Liqasında XXVIII turun qarşılaşmaları davam edir.
Modern.az-ın məlumatına görə, bu gün turun ən diqqətçəkən oyunu keçirilib.
“Trabzonspor” öz meydanında “Qalatasaray”ı qəbul edib. Görüşə daha fəal başlayan meydan sahibləri hesabı Paul Onuaçunun qolu ilə açıb.
İkinci hissədə Vilfred Sinqo tarazlığı bərpa etsə də, Çibuke Nvaivu vurduğu qolla Qara dəniz təmsilçisinə qələbə qazandırıb – 2:1.
Qeyd edək ki, “Qalatasaray” 64 xalla liderdir, “Trabzonspor” isə 63 xalla ikinci pillədə qərarlaşıb.