Modern.az

Bu cür yarışlar ənənələri yaşadır - Nazir

Bu cür yarışlar ənənələri yaşadır - Nazir

İdman

Bu gün, 16:23

Bu cür yarışlar xalqları bir araya gətirir və ənənələri yaşadır.

Modern.az xəbər verir ki, bunu Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov parlamentarilər arasında keçirilən futbol yarışı ilə bağlı TRT World telekanalına müsahibə verib.

Nazir bildirib ki, keçirilən oyun maraqlı və dostluq şəraitində baş tutub:

“Bu, çox maraqlı qarşılaşma idi. Dostluq oyunu idi, yaxşı vaxt keçirdik. Türkiyə komandasını təbrik edirəm”.

F.Qayıbov klassik idmanla etnoidman arasında fərqlərə də toxunub. Onun sözlərinə görə, ənənəvi idman növləri daha çox nəticə üzərində qurulsa da, etnoidman xalqları birləşdirən mühüm platformadır:

“Klassik idmanda biz həmişə nəticə uğrunda mübarizə aparırıq. Amma burada bir araya gəlir, öz ənənələrimizi nümayiş etdiririk. Onları unutmadığımızı göstəririk. Bu isə həm də mədəni baxımdan çox vacibdir”.

Nazir qeyd edib ki, bu cür tədbirlər artıq uzun illərdir keçirilir və iştirak etdikləri ilk forum deyil. O, layihənin təşkilində xüsusi rolu olan Bilal Erdoğana təşəkkürünü də ifadə edib:

“Bu iş böyük ölçüdə onun şəxsi həvəsi ilə bağlıdır. O və komandası uzun illərdir çox yaxşı iş görür”.

F.Qayıbov vurğulayıb ki, artıq formalaşmış güclü etnoidman ailəsi mövcuddur və bu sahə dinamik şəkildə inkişaf edir:

“Yaxşı nəticələr əldə edirik və inanıram ki, gələcəkdə daha da yaxşı nailiyyətlərimiz olacaq”.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı