Modern.az

Rövnəq Abdullayev:  “Yeni layihələrin həyata keçirilməsini dayandırmışıq”

Rövnəq Abdullayev:  “Yeni layihələrin həyata keçirilməsini dayandırmışıq”

İqtisadiyyat

23 İyun 2016, 16:32

"Dünyada gedən qlobal iqtisadi böhran şəraitində, neftin qiymətlərində baş verən dəyişikliklərə baxmayaraq, SOCAR –ın həyata keçirdiyi- Cənub Qaz Dəhlizi, Türkiyədəki layihələrin icrasında heç bir problem yoxdur".

 

Modern.az saytı xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

 

O başlanan layihələri uğurla başa çatdıracaqlarını deyib.

“Buna baxmayaraq, yeni layihələrin həyata keçirilməsini dayandırmışıq. Neftin qiyməti normallaşandan sonra onları həyata keçirəcəyik".

 

Gülşən RAUFQIZI

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?