Modern.az

Dövlət büdcəsinin xərcləri gəlirlərindən 1,2 milyard manat çoxdur -  AÇIQLAMA

Dövlət büdcəsinin xərcləri gəlirlərindən 1,2 milyard manat çoxdur -  AÇIQLAMA

İqtisadiyyat

13 Avqust 2016, 10:51

Bu ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri 7 007,5 mln. manat, xərcləri 8 193,5 mln. manat təşkil edib.

 

Bu barədə Modern.az-a Maliyyə Nazirliyindən məlumat verilib. 

 

Nazirlikdən bildirilib ki, büdcənin icrasında 1 186,0 mln. manatlıq və ya ümumi daxili məhsulun 3,7 %-i qədər kəsir yaranıb.

 

Qeyd edək ki, 2016-cı ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirləri 6 133,7 mln. manat, xərcləri 6 821,5 mln. manat olub.

 

Büdcənin icrasında 687,8 mln. manatlıq və ya ümumi daxili məhsulun 2,5%-i qədər kəsir yaranıb.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat