Modern.az

Nazirlik büdcəyə ödənilən verginin məbləğini AÇIQLADI

Nazirlik büdcəyə ödənilən verginin məbləğini AÇIQLADI

İqtisadiyyat

8 Sentyabr 2016, 10:42

Vergilər Nazirliyi 2016-cı ilin 8 ayı ərzində büdcəyə daxil olan verginin məbləğini açıqlayıb.

 

Nazirliyin Analitik-informasiya şöbəsindən Modern.az-a verilən məlumata görə, bu ilin yanvar-avqust ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4 milyard 351 milyon 970 min manat vəsait daxil olub.

 

Proqnoz tapşırığına 100,3 faiz əməl edilib.

 

Hesabat dövründə 75806 vergi ödəyicisi qeydiyyata alınıb.

 

 

Gülşən RAUFQIZI

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə