Modern.az

Bakı metrosunda gedişhaqqı artır? - AÇIQLAMA

Bakı metrosunda gedişhaqqı artır? - AÇIQLAMA

28 May 2021, 14:16

Bakı metropolitenində qiymət artımının olması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.


Bunu Modern.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.


B.Məmmədov qeyd edib ki, bu səlahiyyət təmsil etdiyi qurumda deyil:


“Biz metroda gedişhaqqının artırılması ilə bağlı qərar verə bilmərik. Metroda gedişhaqqını Tarif Şurası müəyyənləşdirir. Biz isə bu barədə hələ ki Tarif Şurasına müraciət etməmişik. Mayın 31-dən fəaliyyətini bərpa edəcək metro stansiyalarında gedişhaqqı əvvəlki qiymət olacaq. Metroda gediş haqqının 97 qəpik olması ilə bağlı mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatlar yalandır”.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?