Modern.az

İsraildə Azərbaycanın Ticarət Nümayəndəliyi açıldı

İsraildə Azərbaycanın Ticarət Nümayəndəliyi açıldı

29 İyul 2021, 11:54

İsrailin Təl-Əviv şəhərində Azərbaycanın Ticarət Nümayəndəliyi ofisinin açılış mərasimi olub.

 

Modern.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyinin "Twitter" hesabında bildirilib.

 

"Bu gün Azərbaycan İsrail əlaqələrinin tarixində vacib bir gündür" - deyə, səfirlik qeyd edib. 

 

Açılış mərasimində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İsrailin turizm naziri Yoel Razvozov iştirak edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyev işi hansı gizli sirləri açır?