Modern.az

500 manatlıqların 22 faizi dövriyyədədir

500 manatlıqların 22 faizi dövriyyədədir

İqtisadiyyat

10 Fevral 2022, 14:19

Ordumuzun tarixi Zəfərinin ildönümü münasibətilə Azərbaycan Mərkəzi Bankı tərəfindən tədavülə buraxılan 500 manat nominallı "Zəfər" xatirə banknotu məhdud sayda - 1 milyon ədəd istehsal olunub.

 

Bu barədə Modern.az-a Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

 

Bildirilib ki, beynəlxalq təcrübəyə uyğun olaraq, xatirə banknotunun istehsal limitinin artırılması nəzərdə tutulmur:

 

"Hazırda istehsal olunmuş 500 manatlıq xatirə pul nişanlarının 22%-i tədavüldədir və bu pul nişanları digər dövriyyə pulları kimi ölkə ərazisində nominal dəyəri ilə qanuni ödəniş vasitəsidir".

 

Qeyd edilib ki, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Qanunu"nun 33.6-cı bəndinə əsasən Mərkəzi Bankın buraxdığı pul nişanları, o cümlədən yubiley və xatirə pul nişanları bütün ölkə ərazisində nominal dəyərləri ilə hər növ ödənişlərin həyata keçirilməsi, hesablara daxil edilməsi və pul köçürmələri zamanı hökmən qəbul edilir.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?