Modern.az

Banklara 30 milyon dollar SATILDI

Banklara 30 milyon dollar SATILDI

31 Yanvar 2023, 12:40

Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

 

Modern.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hərracda tələb 29,5 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

 

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

 

Qeyd edək ki, bundan əvvəl yanvarın 24-ü və 26-da keçirilən hərraclarda banklar Mərkəzi Bankdan dollar sifariş etməmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat