Modern.az

SOCAR Macarıstanda qaz saxlamağa başlayıb

SOCAR Macarıstanda qaz saxlamağa başlayıb

İqtisadiyyat

28 İyul 2023, 14:12

SOCAR Macarıstanın anbarlarında qaz saxlamağa artıq start verib.

 

Modern.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto “Facebook” səhifəsində paylaşım edib.

 

Qeyd olunur ki, SOCAR müqavilə əsasında ilk 50 mln. kubmetr qazı Macarıstanın anbarlarında saxlamağa başlayıb.

 

Xatırladaq ki, bu ilin iyun ayında SOCAR ilə Macarıstanın ən böyük təbii qaz topdansatış şirkəti olan “MVM CEEnergy Zrt.” arasında 100 mln. kubmetr həcmində təbii qazın satışına dair müqavilə imzalanıb. Müqavilədə qeyd olunan qaz həcmlərinin tədarükünə cari ilin 4-cü rübündə başlanılması nəzərdə tutulmuşdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə