Modern.az

Türk dövlətlərinin Logistika Forumu keçiriləcək 

Türk dövlətlərinin Logistika Forumu keçiriləcək 

İqtisadiyyat

26 Avqust 2023, 09:38

Bu il sentyabrın 13-14-də İstanbulda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin nümayəndələrinin iştirakı ilə Logistika Forumu keçiriləcək.

 

Modern.az xəbər verir ki, tədbirin məqsədi Orta və Cənub dəhlizləri vasitəsilə multimodal nəqliyyat marşrutlarının inkişafına xüsusi diqqət yetirməklə tərəfdaşlıq əlaqələrinin inkişafı və qlobal təchizat zəncirlərinin davamlılığına kömək etməkdir.

 

İştirakçılar investisiya imkanları və maliyyələşdirmə modelləri də daxil olmaqla infrastrukturun inkişafı, modernləşdirmə və potensialın artırılması strategiyalarını müzakirə edəcəklər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə