Modern.az

Valyuta hərracında banklara 41 milyon dollar satılıb

Valyuta hərracında banklara 41 milyon dollar satılıb

İqtisadiyyat

5 Sentyabr 2023, 12:26

5 sentyabr 2023-cü il tarixində Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib.

 

Modern.az AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 41.4 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.

 

Qeyd edək ki, bu göstərici ötən hərracdan 18.8% azdır. Belə ki, 31 avqustda keçirilən valyuta hərracında banklar 51 milyon dollar alış həyata keçirib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə