Modern.az

Əmanətlərin Sığortalanması Fondu "Muğan Bank”ın ləğvedicisi təyin edildi

Əmanətlərin Sığortalanması Fondu

İqtisadiyyat

24 Oktyabr 2023, 14:28

Bakı Apellyasiya Məhkəməsinin oktyabrın 24-də 2-3(103)-54/2023 saylı qərarı ilə “Muğan Bank” ASC müflis elan edilib və iflas proseduruna başlanılıb.

 

Bu barədə Modern.az-a Əmanətlərin Sığortalanması Fondundan (ASF) bildirilib.

 

Qeyd olunub ki, Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən Əmanətlərin Sığortalanması Fondu “Muğan Bank” ASC-nin ləğvedicisi təyin edilib.

 

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 %-dən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə “Banklar haqqında” qanunun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu, 16.1.18-ci, 57-ci və 61.1-ci maddələrinə əsasən “Muğan Bank” ASC-nin lisenziyası oktyabrın 19-dan etibarən ləğv edilib, banka müvəqqəti inzibatçı təyin edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi