Modern.az

Prezidentin fərdi təqaüdü kimlərə verilir? - AÇIQLAMA

Prezidentin fərdi təqaüdü kimlərə verilir? - AÇIQLAMA

31 Oktyabr 2023, 17:12

Azərbaycanın ədəbiyyat və incəsənət xadimləri ilə yanaşı, ölkəmizin elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyində və digər sahələrdə böyük əməyi olmuş şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə 1500 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan bildirilib.

 

Təqaüd plastik bank kartları vasitəsi ilə yalnız nağdsız qaydada ödənilir. Lakin təqaüd alan vəfat etdikdə, qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə təqaüdün ödənişi dayandırılır.

 

Təqaüd 2002-ci il iyul ayının 1-dən verilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi