Modern.az

Əhalinin banklardakı əmanəti artıb, yoxsa azalıb? - Rəsmi məlumat

Əhalinin banklardakı əmanəti artıb, yoxsa azalıb? - Rəsmi məlumat

İqtisadiyyat

21 Noyabr 2023, 15:12

Əhalinin banklardakı əmanətlərinin məbləği açıqlanıb.

Modern.az xəbər verir ki, Mərkəzi Bankın məlumatına görə, əhalinin banklardakı əmanətlərinin məbləği 13,2 faiz artaraq 2023-cü il oktyabr ayının 1-nə 12705,47 milyon manat təşkil edib.

Əmanətlərin 64,9 faizi milli, 35,1 faizi xarici valyutada qoyulub, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20,9 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 1,2 faiz artıb.
 

Oktyabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 Avroya 1,80 (1,84) manata, 100 Türk lirəsinə 6,10 (7,69) manata, 100 Rus rubluna 1,75 (2,04) manata bərabər olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi