Modern.az

\"Premium Bank\"ın sədri dəyişdi

\

18 Yanvar 2024, 17:04

"Premium Bank" ASC-nin İdarə Heyətinin sədri Mahir Nəcəfov vəzifəsindən azad edilərək sədr müavini təyin edilib.

 

Modern.az xəbər verir ki, bu barədə bank məlumat yayıb.

 

Məlumata görə, indiyə qədər sədr müavini olan Kamil Lətifov isə sədr təyin olunub.

 

Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 154,601 milyon manatdır. Bankın səhmdarları 84,46 % payla Zərifə Həmzəyeva, 15,22 % payla "VIP Aviation Services" MMC və 0,32 % payla Elvira Əhmədovadır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi