Modern.az

Mərkəzi Bank məsafədən kreditləşmənin tənzimlənməsini planlaşdırır

Mərkəzi Bank məsafədən kreditləşmənin tənzimlənməsini planlaşdırır

İqtisadiyyat

23 Oktyabr 2024, 11:28

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə məsafədən kreditləşmənin tənzimlənməsini planlaşdırır.

Modern.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın Kredit Təşkilatlarına Nəzarət Departamentinin şöbə rəisi Xəyyam İsmayılov “Dayanıqlı mikromaliyyə üçün innovativ həllər” mövzusuna həsr edilmiş konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, bu istiqamətdə beynəlxalq təcrübə araşdırılır və yerli prioritetlər nəzərə alınmaqla məsafədən kreditləşmənin ümumi şərtləri müəyyən ediləcək: “Əsas məqsəd istehlakçıların hüquqlarının qorunması və onların izafi borclanmasının qarşısının alınmasıdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi