Modern.az

Regionların inkişafına dair yeni proqram hazırlanacaq

Regionların inkişafına dair yeni proqram hazırlanacaq

İqtisadiyyat

16 Dekabr 2024, 12:12

Azərbaycan hökuməti regionların sosial-iqtisadi inkişafına dair növbəti 5 illik dövlət proqramının hazırlanmasını planlaşdırır.

Modern.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bugünkü plenar iclasında 2025-ci ilin dövlət büdcəsi zərfinin üçüncü oxunuşda müzakirəsi zamanı deyib.

"Sənəddə sahibkarlığın inkişafının dəstəklənməsi, kənd yerlərində infrastrukturun inkişafı və məşğulluğun artırılması, turizm potensialının reallaşdırılması tədbirləri nəzərdə tutulur", - deyə o qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat