Modern.az

TANAP-la daşınan qazın həcmi AÇIQLANDI

TANAP-la daşınan qazın həcmi AÇIQLANDI

6 Yanvar 2025, 12:23

TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) istismara verilən gündən 01 yanvar 2025-ci il tarixinədək Türkiyə və Avropaya 73,54 milyard kubmetr Azərbaycan qazı nəql edib.

Modern.az xəbər verir ki, bu barədə SOCAR Türkiyənin baş icraçı direktoru Elçin İbadov "SOCAR Türkiye"nin 2024-cü ilin yekunlarına həsr olunan illik ənənəvi mətbuat konfransında bildirib.  

O, qeyd edib ki, TANAP-la nəql edilən qazın ümumi həcmi 73,54 milyard kubmetr təşkil edib. Bunun da  30,8 milyard kubmetri Türkiyəyə, 42,74 milyard kubmetri isə Avropaya göndərilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat