Modern.az

Mərkəzi Bankdan 3 şirkətlə bağlı QƏRAR

Mərkəzi Bankdan 3 şirkətlə bağlı QƏRAR

İqtisadiyyat

23 Yanvar 2025, 17:20

Azərbaycan Mərkəzi Bankı (AMB) "Finans Kredit İttifaqı", "Total Finans Kredit İttifaqı" və "Stimul Kredit İttifaqı" MMC-lərə icrası məcburi göstəriş verib.

Modern.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, kredit ittifaqları 2024-cü ilin IV rübünə dair hesabatlar təqdim etməyib, bununla da, “Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın 10.3-cü bəndinin tələbini təmin etməyib. Odur ki, “Kredit İttifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü maddəsinin tələbləri rəhbər tutalaraq, onlara bu hesabatların təxirəsalınmadan və növbəti dövrlərdə vaxtında təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı