Modern.az

Neftimiz 80 dollardan aşağı düşdü

Neftimiz 80 dollardan aşağı düşdü

İqtisadiyyat

29 Yanvar 2025, 10:58

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,34 ABŞ dollar azalıb.

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,34 ABŞ dolları, yaxud 0,43 % azalaraq 79,14 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat