Modern.az

Azərbaycanda 700 min nəfərin maaşı ARTACAQ

Azərbaycanda 700 min nəfərin maaşı ARTACAQ

İqtisadiyyat

5 Fevral 2025, 19:23

Minimum əməkhaqqının artırılması 700 min nəfəri əhatə edir. Bunun 400 min nəfəri dövlət, 300 min nəfəri isə özəl sektorun payına düşür.

 

Modern.az xəbər verir ki, bunu DSMF-nin İdarə Heyətinin sədri Himalay Məmişov brifinqdə deyib.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamına uyğun olaraq, reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində 2025-ci ilin əvvəlindən minimum əməkhaqqı 345 manatdan 16 faiz artımla 400 manata çatdırılıb, özəl sektor da daxil olmaqla bir sıra sahələrdə əməkhaqları artırılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat