Modern.az

Azərbaycanda kartof bahalaşdı

Azərbaycanda kartof bahalaşdı

8 Mart 2025, 00:03

Ən çox istifadə edilən tərəvəz olan kartofun qiyməti bahalaşıb.

Modern.az xəbər verir ki, bu barədə "Xəzər TV" məlumat yayıb.

20 gündür ki, bazarlarda ən bahalı kartof 2 azn-ə, ən ucuzu isə 1,20 azn-ə satılır.

Satıcılar deyir ki, qiymət artımına səbəb bazarda yerli məhsulun az olması, xaricdən də kartof idxalının azalmasıdır.

Satıcıların sözlərindən belə başa düşdük ki, hazırda bazarda daha çox yerli kartof var.

İqtisadçılar isə bahalaşmanın 2 səbəbinin olduğunu deyir. Onların fikrincə xaricdən kartof idxalı azalıb. Digər bir səbəb isə dizel yanacağının qiymətinin 25% artmasıdır. Bu 2 səbəb kartofun qiymətinə təsir edir. 

Qeyd edək ki, 2024-cü ildə ölkədə 1 milyon tona yaxın kartof  istehsal olunub. Onun da 48,3 min tonu xaricə ixrac edilib. 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?