Modern.az

Bakı-Sumqayıt ikinci magistral yolu TİKİLƏCƏK

Bakı-Sumqayıt ikinci magistral yolu TİKİLƏCƏK

İqtisadiyyat

13 Mart 2025, 11:06

Bakı şəhərinin ən ciddi problemi avtomobillərin yaratdığı tıxaclardır. Ən böyük tıxac isə özünü Bakı-Sumqayıt istiqamətində göstərir və sıxlıq saatlarla davam edir. Mütəxəssislər deyirlər ki, problemdən çıxış yollarından biri Bakı-Sumqayıt istiqamətində yeni magistral yolun çəkilməsidir.

Modern.az-ın məlumatına görə, hökumət hazırda bu məsələni nəzərdən keçirir. Bakı-Sumqayıt istiqamətində yeni magistral yolun çəkilməsi hökumətin prioritet tədbir kimi nəzərdə tutduğu məsələlərdən biridir. Bununla nəqliyyat sahəsindəki sıxlığın azalacağı proqnozlaşdırılır.

Hökumətdə hesab edirlər ki, Bakı və Sumqayıt şəhərlərini birləşdirən yeni magistral avtomobil yolunun inşası ilə paytaxtın yeni strateji 2-ci şimal giriş-çıxışı yaradılacaq.

Qeyd edilən məsələ Nazirlər Kabinetinin 2024-cü il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Avtomobil yollarının layihələndirilməsi, tikintisi, əsaslı təmiri və yenidən qurulması zamanı işlərin əlaqələndirilməsinə dair Vahid Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlər siyahısına daxildir.

“Vahid Fəaliyyət Planı”nda “Bakı-Sumqayıt” yeni magistral yolunun 2024-2027-ci illər ərzində tikintisi nəzərdə tutulub.

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat