Modern.az

Daha 76 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

Daha 76 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

İqtisadiyyat

4 Aprel 2025, 14:06

Aprelin 22 və 24-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti dəfə hərraclar keçirəcək.

Modern.az quruma istinadən xəbər verir ki, 1-ci hərraca 64 nəqliyyat vasitəsi, 5 texnika və 5 qoşqu çıxarılacaq. Avtomobillərin buraxılış tarixləri 1983-2018-ci illəri əhatə edir.

2-ci hərraca isə 12 nəqliyyat vasitəsi çıxarılacaq. Alman istehsalı olan avtomobillərin buraxılış tarixləri 2013-2014-cü illəri əhatə edir.

Hərraca çıxarılan dövlət əmlaklarının tam siyahısı ilə //clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq olar.

İştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?