Modern.az

Baş nazir Vergi Xidmətinin işçilərinin maaşı ilə bağlı qərar imzaladı

Baş nazir Vergi Xidmətinin işçilərinin maaşı ilə bağlı qərar imzaladı

İqtisadiyyat

22 Aprel 2025, 14:14

Nazirlər Kabineti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin işçilərinin aylıq vəzifə maaşlarının təsdiq edilməsi barədə qərar qəbul edib.

Modern.az xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, Dövlət Vergi Xidmətinin aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar üzrə xidmət heyətinin aylıq vəzifə maaşları yeni redaksiyada təsdiqlənib. 

Qərar bu il yanvarın 1-dən qüvvəyə minir. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?