Modern.az

“Vosmoy bazarı”nın adı dəyişdirildi

“Vosmoy bazarı”nın adı dəyişdirildi

İqtisadiyyat

17 İyul 2025, 18:37

Bakının Nizami rayonunda yerləşən “8-ci km Ticarət Mərkəzi”nin adı dəyişdirilib.

 

Modern.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bazar “Riko Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin idarəçiliyinə verilib.

 

Ticarət Mərkəzi artıq bir müddətdir ki, fəaliyyətini “Riko” adı ilə davam etdirməyə başlayıb. 

 

Xatırladaq ki, “8-ci km Ticarət Mərkəzi” MMC 2000-ci ildə yaradılıb. 2023-cü ilin sonlarında “8-ci km Ticarət Mərkəzi” MMC (VÖEN -1600015371) ləğv olunduğunu elan edib və şirkət vergi ödəyicisi kimi ləğv olunub. Eyni zamanda həmin vaxt bazarın yeni adla fəaliyyət göstərəcəyi bildirilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat