Dünyada qızılın qiyməti artmaqda davam edir.
Modern.az xəbər verir ki, oktyabrın 6-da “Comex” birjasında dekabr ayı üçün qızıl fyuçerslərinin qiyməti 1 faiz bahalaşaraq unsiyası 3949 dolları ötərək, bütün zamanların ən yüksək həddinə çatıb.
Daha əvvəl ekspertlər bəyan ediblər ki, bu ilin sonuna kimi geosiyasi vəziyyətin pisləşməsi və Federal Ehtiyat Sisteminin sərt siyasəti səbəbindən qızılın qiyməti bir unsiya üçün 4000 dolları keçə bilər.