Modern.az

Qızılın qiymətində yeni rekord 

Qızılın qiymətində yeni rekord 

İqtisadiyyat

6 Oktyabr 2025, 18:45

Qızılın qiyməti bütün zamanların ən yüksək həddinə çatıb.

 

Modern.az xəbər verir ki, Comex əmtəə birjasında qızıl fyuçerslərinin qiyməti bir unsiya üçün 3900 dolları ötüb. Bu, müasir maliyyə bazarı tarixində qızılın ən yüksək qiymətidir. Rekord qiymət artımı ABŞ hökumətinin fəaliyyətini dayandırması və Federal Ehtiyatlar Sisteminin faiz dərəcələrinin daha da azaldılması ilə bağlı gözləntilər fonunda baş verir. Ekspertlərin fikrincə, daha təhlükəsiz aktiv hesab olunan qızıla dünya bazarında tələbatın artması mövcud qeyri-müəyyənlikdən qaynaqlana bilər.

 

Bildirilir ki, Qazaxıstan Milli Bankı bu ay ən çox qızıl alıcısı olub, Bolqarıstan Milli Bankı və El Salvador Mərkəzi Ehtiyat Bankı da bu siyahıya qoşulub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan növbəti VƏHŞİLİK - Namaz qılanlara hücum