Modern.az

Azərbaycanda yeni maliyyələşmə əmsalı tətbiq olunacaq

Azərbaycanda yeni maliyyələşmə əmsalı tətbiq olunacaq

İqtisadiyyat

7 Oktyabr 2025, 12:04

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə xalis stabil maliyyələşmə əmsalının (Net Stable Funding Ratio, NSFR) tətbiqinə başlayacaq.

Modern.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə bildirib.

Onun sözlərinə görə, hazırda bununla bağlı konsepsiya hazırlanmaq üzrədir.

Baş direktor vurğulayıb ki, bu da bank sektorunun uzunmüddətli likvidliyini tənzimləməyə xidmət edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
DTX-dən ƏMƏLİYYAT - Daha bir vəzifəli şəxs saxlanıldı