Modern.az

"Bank BTB" ən çox şikayət edilən bank oldu

"Bank BTB" ən çox şikayət edilən bank oldu

İqtisadiyyat

9 Oktyabr 2025, 23:33

Sentyabrda bank xidmətlərindən istifadə sahəsində müştəri şikayətləri üzrə "Bank BTB" ASC 5,46 şikayət indeksi ilə ən çox şikayət edilən banklardan biri kimi qırmızı zolaqda qərarlaşıb.

Modern.az xəbər verir ki, ən çox şikayət edilən ikinci bank isə " YapıKredi Azərbaycan" QSC olub. Bank 3,89 şikayət indeksi ilə qırmızı zolaqda yer alıb.

Tənzimləyicinin hesabatına görə, siyahının üçüncü yerində "YeloBank" ASC 3,46 şikayət indeksi ilə qırmızı zolaqda sıralanıb.

"Accesbank" 1,53 şikayət indeksi ilə sarı zolaqda yer alıb. Bu təsnifat üzrə "Azər-Türk Bank"ın şikayət indeksi isə 1,47 olub. (Mənbə: teleqraf)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Kritik GÖRÜŞ BAŞLADI - Putin bir daha Əliyevdən üzr istədi