Modern.az

Bakı-Ağstafa qatarına əlavə reyslər təyin edildi - CƏDVƏL

Bakı-Ağstafa qatarına əlavə reyslər təyin edildi - CƏDVƏL

İqtisadiyyat

14 Oktyabr 2025, 16:42

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 18 oktyabrda Bakı-Ağstafa, 19 oktyabrda isə Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib.

ADY-dən Modern.az-a verilən məlumata görə, eyni zamanda, sərnişinlər 29 sentyabrdan fəaliyyətdə olan həftəiçi Bakı–Ağstafa–Bakı əlavə reysləri və gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə səfər edə bilər.

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.

Sizə yeni x var
Keçid et
Putin tüstüləndi - NATO bu raketləri Ukraynaya göndərir