Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycanın inflyasiya proqnozunu açıqlayıb.
Modern.az xəbər verir ki, Fond Azərbaycanda orta illik inflyasiya 2025-ci il üzrə yenidən 5,7%, 2026-cı ildə 4,5% müəyyən edib.
Fond həmçinin, 2025-il üzrə illik inflyasiya proqnozunu 5,2%, 2026-cı il üzrə 4% proqnozlaşdırıb.
IMF hesab edir ki, 2026-2030-cu illər ərzində illik inflyasiyanın hər il 4 % səviyyəsində olacağı gözlənilir.