Modern.az

Maliyyə Nazirliyi banklara 10.4 milyard manat depozit yerləşdirib

Maliyyə Nazirliyi banklara 10.4 milyard manat depozit yerləşdirib

İqtisadiyyat

16 Oktyabr 2025, 09:44

Bu ilin aprel-oktyabr aylarında təşkil olunmuş 22 depozit hərracında 10,4 milyard manat məbləğində vəsaitin yerli banklarda depozitə yerləşdirilməsi təmin edilib.

Modern.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.

Sənədə əsasən, yerləşdirilən vəsait müqabilində 76,9 milyon manat faiz gəliri hesablanıb, həmin faiz gəlirinin vaxtı çatmış 66,6 milyon manatı dövlət büdcəsinə ödənilib.

Bu ilin aprel ayından etibarən vahid xəzinə hesabına sərbəst qalığının depozit hərracları vasitəsilə kommersiya banklarında yerləşdirilməsinə başlanıb. (Mənbə "Report" )

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ