Modern.az

Maliyyə Nazirliyi növbəti dəfə depozit hərracı keçirdi

Maliyyə Nazirliyi növbəti dəfə depozit hərracı keçirdi

İqtisadiyyat

17 Oktyabr 2025, 16:53

Bu gün Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracı təşkil edilib.

Bu barədə Modern.az-a Maliyyə Nazirliyindən bildirilib.

Məlumata görə, hərracın nəticələrinə əsasən, xəzinə hesabının 600,0 milyon manat həcmində qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından təklif təqdim edən üç bankında 28 gün müddətinə, 7.00% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ