Modern.az

Ticarət dövriyyəsi 1 milyard dollara çatacaq

Ticarət dövriyyəsi 1 milyard dollara çatacaq

İqtisadiyyat

21 Oktyabr 2025, 15:14

Qazaxıstan və Azərbaycan yaxın gələcəkdə ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq niyyətindədir.

Modern.az xəbər verir ki, bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında söyləyib.

"Sevindirici haldır ki, ikitərəfli əməkdaşlığın inkişafı üzrə hərtərəfli proqram (Qazaxıstan və Azərbaycan – red.) qrafik üzrə həyata keçirilir. Danışıqlar zamanı iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirildi və biz yaxın gələcəkdə ikitərəfli ticarət dövriyyəsini iki dəfə artırmaq və onu 1 milyard dollara çatdırmaq üçün lazımi tədbirlərin görülməsi barədə razılığa gəldik”, - deyə Qazaxıstan Lideri vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mehdiyevçilər "VURULUR" - Siyahıda kimlər var?