Modern.az

Strateji valyuta ehtiyatlarımız 81.5 milyarda çatıb - RƏSMİ

Strateji valyuta ehtiyatlarımız 81.5 milyarda çatıb - RƏSMİ

İqtisadiyyat

22 Oktyabr 2025, 11:16

Azərbaycanın strateji valyuta ehtiyatları 14,7 faiz və ya 10,5 milyard dollar artaraq bu il 81,5 milyard dollara bərabər olub.

Modern.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi brifinqdə deyib.

T.Kazımov qeyd edib ki, Mərkəzi Bankın valyuta ehtiyatları isə 11,31 milyard dollar təşkil edib:

“Ölkənin strateji valyuta ehtiyatları 37 ay mal və xidmətlərin maliyyələşməsinə kifayət edir ki, bu da kifayət qədər yüksək göstəricidir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Mehdiyev üsyan bayrağı qaldırdı - Çöldəki agentləri hərəkətə keçdi