Azərbaycanda valyuta bazarında təklif tələbi üstələyir. Son valyuta hərraclarında bir hərrac üzrə 70 milyon dollar həcmində sifariş olur.
Modern.az xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.
Onun sözlərinə görə, bir hərrac üzrə valyuta satışı ortalama 45-50 milyon dollar həcmindədir.
AMB sədri əlavə edib ki, Azərbaycan manatına inam yüksəkdir. Bunu əmanətlərin dollarlaşma səviyyəsi də göstərir. Hazırda bu rəqəm 29% civarındadır. Mərkəzi Bankın hədəfi əmanətlərin dollarlaşmasını 20-25%-ə endirməkdir.