Modern.az

Azərbaycanın dövlət büdcəsi 50 dəfə ARTIB

Azərbaycanın dövlət büdcəsi 50 dəfə ARTIB

İqtisadiyyat

22 Oktyabr 2025, 12:20

Son 30 ildə Azərbaycanın dövlət büdcəsi 50 dəfə artıb.

Modern.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin təşkil etdiyi “Konstitusiya və Suverenlik İli"nə həsr edilən "Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik" mövzusunda elmi-praktik konfransda deyib.

Nazir müavini deyib ki, 2004-2024-cü illərdə Azərbaycan iqtisadiyyat 3.8 dəfə, qeyri-neft sektoru isə 3.7 dəfə artıb: “2003-cü ildə yoxsulluq səviyyəsi 44.7%, işsizlik səviyyəsi 9.2% təşkil etdiyi halda, həyata keçirilmiş təbirlər nəticəsində 2024-cü ildə həm yoxsulluq, həm işsizlik səviyyəsi 5.3%-ə enib”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mehdiyev üsyan bayrağı qaldırdı - Çöldəki agentləri hərəkətə keçdi