Modern.az

Neft Fondunun aktivləri 70 milyard dolları ÖTÜB

Neft Fondunun aktivləri 70 milyard dolları ÖTÜB

İqtisadiyyat

23 Oktyabr 2025, 10:36

Bu ilin sentyabr ayının sonuna Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2025-ci ilin əvvəlinə (60,031 milyard ABŞ dolları) nisbətən 16,9% artaraq 70,2 milyard ABŞ dolları təşkil edib.

Modern.az xəbər verir ki, bu barədə Dövlət Neft Fondu məlumat yayıb.

Cari ilin yanvar-sentyabr aylarında Fondun gəlirləri 13,073 milyard manat, xərcləri isə 10,918 milyard manat təşkil edib.

Bu dövr ərzində Fondun neft-qaz sazişləri üzrə gəlirləri 7,838 milyard manat, investisiya gəliri 5,236 milyard manat olub.

Hesabat dövrü ərzində ARDNF-nin 2025-ci il büdcəsinin icrası çərçivəsində 10,861 milyard manat vəsait dövlət büdcəsinə transfert edilib.

Sizə yeni x var
Keçid et
Kəramət Böyükçöllə müxalifətin Mehdiyev savaşı - Nə baş verir?