Gələn il nəqliyyat vasitələrinin utilizasiyası fonduna ayrılacaq vəsaitin həcmi açıqlanıb.
Modern.az xəbər verir ki, bu "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Qeyd edilib ki, nəqliyyat vasitələrinin utilizasiyası fondunun gəlirləri və xərcləri bərabər olmaqla 52,0 milyon manat nəzərdə tutulur.
Bu vəsait utilizasiyaya verilmə barədə təsdiqedici sənəd təhvil verilməklə yeni istehsal olunmuş yerli nəqliyyat vasitələrinin satın alınması zamanı tətbiq edilən güzəşt məbləğlərinin nəqliyyat vasitələrinin satıcılarına geri ödənilməsinə, habelə utilizasiyaya verilmiş nəqliyyat vasitələri üçün birdəfəlik ödənişlərin həyata keçirilməsinə sərf ediləcək.