Modern.az

Azərbaycan və Türkiyə təşkilatları arasında Niyyət Protokolu imzalanıb 

Azərbaycan və Türkiyə təşkilatları arasında Niyyət Protokolu imzalanıb 

İqtisadiyyat

24 Oktyabr 2025, 14:40

23 oktyabr 2025-ci il tarixində Bursa şəhərində Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi (TŞİİB) ilə Türkiye Perakendeciler Federasyonu (TPF) arasında əməkdaşlıq niyyətini əks etdirən protokol imzalanıb.

Modern.az xəbər verir ki, sənədin məqsədi, iki ölkə arasında pərakəndə ticarət sahəsində təcrübə və bilik mübadiləsini təşviq etmək, standartların və dayanıqlılıq prinsiplərinin inkişafına dəstək verməkdir.

Protokol çərçivəsində tərəflər, pərakəndə və ərzaq təhlükəsizliyi standartları, rəqəmsal transformasiya, istehlakçı hüquqlarının qorunması və ixtisaslı işçi qüvvəsinin hazırlanması kimi sahələrdə əməkdaşlıq imkanlarını araşdıracaq.

TŞİİB bu addımı Azərbaycan pərakəndə sektorunun beynəlxalq təcrübəyə inteqrasiyası istiqamətində atılmış əhəmiyyətli bir addım kimi dəyərləndirir.

Protokol, iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşməsinə və pərakəndə ticarətin modernləşməsinə töhfə verməyi hədəfləyir.

Whatsapp
Bizə yazın!
Keçid et
Qabil Hüseynlidən ŞOK FAKTLAR - Mehdiyev kimlərin torbasını tikib?