Modern.az

Azərbaycan qışda Ukraynanı XİLAS EDƏCƏK

Azərbaycan qışda Ukraynanı XİLAS EDƏCƏK

İqtisadiyyat

25 Oktyabr 2025, 11:45

Son həftələr Rusiya Ukraynada həm elektrik stansiyalarına, həm də qaz infrastrukturuna hücumları artırıb. Ukrayna Rusiyanın enerji sisteminə qarşı hücumlarının intensivləşməsi fonunda yeraltı qaz anbarlarından qaz çıxarmağa başlayıb. 

Hücumlara görə Kiyev qaz idxalını 30 faiz artırmağı planlaşdırır. Ukrayna Mərkəzi Bankının rəhbəri ölkənin daxili qaz hasilatının 55 faizini itirdiyini açıqlayıb.

Hazırda Ukrayna Avropanın ən iri qaz anbarlarına malik olsa da (30 milyard kubmetr tutumla), onlar cəmi 28 faiz doludur. Bu vəziyyət qış ərəfəsində ölkənin enerji təhlükəsizliyi üçün ciddi təhdid yaradır.

Prezident Volodimir Zelenski bildirib ki, Ukrayna Avropa, ABŞ və Azərbaycanla ümumi dəyəri təxminən 2 milyard dollarlıq qaz idxalı barədə razılaşma əldə edib. Onun sözlərinə görə, söhbət ehtiyac yarandığı halda Azərbaycandan və digər tərəfdaşlardan qaz tədarükünün təmin edilməsindən gedir:

“Baş nazir Yuliya Sviridenko Slovakiya ilə müsbət razılaşmalara nail olub. ABŞ-da da enerji şirkətləri ilə danışıqlar aparılıb. Biz haradan təxminən 2 milyard dollarlıq qaz ala biləcəyimizi bilirik, əgər buna ehtiyac yaranarsa”, - Zelenski deyib.

Sözügedən razılaşma Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolunun növbəti nümunəsidir. Norveçin 100 milyon dollarlıq qrant ayırması və digər ölkələrin də maliyyə dəstəyinə hazırlaşması fonunda, Azərbaycanın qaz ixracı bu qış Ukraynanın enerji böhranını yüngülləşdirən əsas faktorlardan biri kimi qiymətləndirilir.

Modern.az-a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin sədri İlham Şaban bildirib ki, Azərbaycanın Ukraynaya yenidən qaz satması imkanları daxilində mümkündür:

“Ukraynanın Azərbaycandan kiçik partiya qaz alması iyul ayının sonlarında  baş tutdu. Ukrayna energetika naziri məlumat yaymışdı ki, biz sonra da Azərbaycandan qaz almaq niyyətimiz var. Zelenskinin bu açıqlaması  da zamanı yetəndə belə bir addımın atılmasına yönəlib. Təbii ki, belə məslələri həyata keçirə bilər. Yəni nə zaman qaz olacaq kimi məsələlər önəmli faktorlardır. Sırf bir-birlərinə kommersiya ilə bağlıdır”.

İ.Şaban söyləyib ki, qaz satışı qazanclı olacaq: “Azərbaycan qazı satır. Bu humanitar yardım deyil. Qiyməti də özü müəyyən edəcək. Ukraynaya Avropa Birliyi tərəfindən pul ayrılır. Təkcə Norveç 150 milyon verir ki, Ukrayna qış üçün qaz alsın”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mehdiyev olayıyla bağlı ŞOK - 200-ə yaxın adam istintaqa çağırıldı