Modern.az

Azərbaycanda hansı bank kart qalığına faiz hesablayır? – SİYAHI

Azərbaycanda hansı bank kart qalığına faiz hesablayır? – SİYAHI

İqtisadiyyat

27 Oktyabr 2025, 15:02

Son illərdə Azərbaycan bank sektorunda debet kartlarda kart qalığına faiz gəliri tətbiqi geniş yayılıb. Bu müştərilərə kart hesablarında saxladıqları vəsaitdən əlavə gəlir əldə etmək imkanı yaradır.

Modern.z xəbər verir ki, hazırda ölkə bankların yarıdan çoxu debet kart qalığına faiz hesablayır. Bəzi banklarda isə bu xidmət yoxdur. Banklarda kart qalığına hesablanan illik faiz dərəcələri 5%-dən 8%-ə qədər dəyişir. Əksər banklar gəliri aylıq və ya gündəlik əsasda hesablayaraq kart balansına əlavə edirlər. Minimum və maksimum limitlər isə bankdan banka fərqlənir, bəzi hallarda heç bir minimum məbləğ tələbi qoyulmur, digərlərində isə faiz yalnız müəyyən məbləğ aralığında kart qalığı olduğu zaman hesablanır.

Hələlik, qalığa gəlir hesablanması baxımından ən yüksək faiz təklifi 8% olmaqla Azər-Türk Bankın “ATB Card” və Xalq Bankın “XalqKart CASHBACK” kartları üzrədir.

Qeyd edək ki, Azər-Türk Bank aktiv kampaniya çərçivəsində 8% gəlirlilik təklif edir və sözügedən kampaniya 15 yanvar 2026-cı il tarixinədək davam edəcək. Kampaniya bitdikdən sonra isə faiz gəliri 5,5% təşkil edəcək.

Digər banklar və kartlar haqqında daha detallı:

Bank

Kartın adı

Kart hesabının qalığına gəlir illik

Qalıq məbləğ üzərinə faiz necə hesablanır?

Limitlər

Azərbaycan Beynəlxalq Bankı (ABB)

Tam DigiCard

6%

Kartdakı qalığa illik 6% hesablanıb ayın sonunda kart hesabına köçürülür

1 000 – 100 000 AZN

Azər‐Türk Bank

atb card

*8% (5,5%)

Gündəlik faiz hesablanır və ayın sonuncu iş günü cəmlənərək, hər növbəti ayın 1-5 tarixləri arası karta mədaxil olunur

Minimum məbləğ məhdudiyyəti yoxdur.  Maksimum 30 000 AZN-dək məbləğə hesablana bilər

AFB Bank

Mono kart

7%

Faizlər növbətin ayın 1-i hesabda əks olunur

100 – 100 000 AZN

Bank of Baku

Bolkart debet

7%

Faizlər gündəlik əsasda hesablanır

100 – 2 000 AZN qalığa 7% gəlir hesablanır. Kart hesabındakı qalıq məbləğ 2 000 AZN-dən çox olduqda, 2 000 AZN-ə qədər olan hissəyə 7%-lə, 2 000 AZN-dən yuxarı olan hissəyə isə 5%-lə hesablanacaqdır. Maksimum limit yoxdur

Bank Respublika

Visa Neo Premium

5%

Qalıq məbləğ üzərinə faizlər hər ayın əvvəlində hesablanır və karta müvafiq məbləğdə mədaxil olunur.

Maksimum 20 000 AZN ekvivalentinədək kart qalığına gəlir hesablanır. Minimum məbləğ limiti tətbiq olunmur

Bank BTB

Junior card

6%

İllik 6% hesablanıb ayın sonunda kart hesabına köçürülür

Qalığa hesablanacaq faiz məbləği - min. 100 AZN - maks. 5 000 AZN;

100 -  5 000  AZN

Expressbank

Expresso Standard

6%

Faiz gündəlik hesablanaraq hər ay hesabınıza əlavə ediləcək.

1 000- 10 000 AZN arası qalığa faiz hesablanır.

Rabitəbank

Kartmane Visa Infinite

6%

Hər ayın sonu kartdakı məbləğə əlavə olunur

100 - 50 000 AZN

XalqBank

XalqKart CASHBACK

8%

Faizlər gündəlik hesablanır və cari ayın son iş günündə kartın balansına köçürülür.

100 - 2 000AZN

Yelo Bank

Yelo Premium

6%

Faizlər gündəlik hesablanır hər ay toplanıb növbəti ayın ilk iş günü balansa mədaxil olunacaq

Minimal məbləğ tələbi yoxdur, maksimal məbləğ 100 000 AZN olmalıdır.

Unibank

UCard

7%

Faizlər gündəlik hesablanır hər ay toplanıb ayın sonu balansa köçürülür

Kart hesabında 5 000 - 50 000 AZN-dək qalıq olduqda illik 7%, qalıq məbləğ 50 000 AZN-dən çox olduqda, 50 000 AZN-ə qədər olan hissəyə 7%-lə, 50 000 AZN-dən yuxarı olan hissəyə isə 1%-lə hesablanacaqdır. Maksimum limit yoxdur

 

Turan Bank

Universal

6%

Faizlər günlük hesablanaraq, hər ayın sonunda kart hesabına köçürülür.

300 - 100 000 AZN

 

Mənbə: fed.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Gürcüstanda ARA QARIŞDI - Minlərlə insan küçələrə axışdı