Modern.az

Neftimiz ucuzlaşdı

Neftimiz ucuzlaşdı

İqtisadiyyat

28 Oktyabr 2025, 09:19

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Modern.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.81 ABŞ dolları və ya 1.19% azalaraq 67.03 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 67.84 ABŞ dolları idi.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mehdiyev rus ordusunu Bakıda qarşılayacaqdı