“Xalq Bank” 2025-ci ilin 3-cü rübündə ümumilikdə 198 milyon 247 min manat gəlir əldə edib.
Modern.az xəbər verir ki, bankın gəlir strukturunda əsas payı kredit portfeli üzrə faiz gəlirləri tutub, bu istiqamətdən 111 milyon 444 min manat qazanılıb və ümumi gəlirin 56%-ni təşkil edib.
İkinci ən böyük gəlir mənbəyi komissiya haqları olub. Müştəri əməliyyatlarından əldə edilən bu gəlir 22 milyon manat təşkil edib və ümumi gəlirin 11%-nə bərabərdir.Digər banklarda yerləşdirilən depozitlər hesabına bank ümumi gəlirlərin 9%-i qədər və yaxud 18 milyon 79 min manat vəsait cəlb edə bilib.
Bank qiymətli kağızlara investisiya edərək 15 milyon 649 min manat qazanıb bu gəlir ümumi gəlirlərin 8%-lik hissəsini əhatə edir.
Bundan başqa, digər faiz gəlirləri də əhəmiyyətli məbləğlə, 14 milyon 919 min manatla ümumi gəlirin 8%-ni formalaşdırıb.
Valyuta əməliyyatlarından gəlirlər 9 milyon 631 min manat səviyyəsində olub, ümumi gəlirlərdəki payı 5% həcminədir.
Digər banklara kreditlərdən gəlirlər isə 4 milyon 877 min manat təşkil edib, bu mənbənin ümumi gəlirlərdəki payı 2%-dir.
Hesabat dövründə digər qeyri-faiz gəlirləri 1 milyon 648 min manat olub və bu göstərici bankın ümumi gəlir strukturunda cüzi paya sahibdir, təxmini 1%-ə.
Gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir:
|
Min manat |
||
|
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
|
Kredit portfeli üzrə faiz gəliri |
111 444 |
56% |
|
QK-a investisiyadan gəlir |
15 649 |
8% |
|
Digər banklara depozitlərdən gəlirlər |
18 079 |
9% |
|
Digər banklara kreditlərdən gəlirlər |
4 877 |
2% |
|
Komissiya haqları |
22 000 |
11% |
|
Valyuta əməliyyatlarından gəlirlər |
9 631 |
5% |
|
Digər faiz gəlirləri |
14 919 |
8% |
|
Digər qeyri-faiz gəlirləri |
1 648 |
1% |
|
|
|
|
|
CƏMİ GƏLİRLƏR |
198 247 |
100% |
Mənbə: fed.az